Mühasib işi axtarıram
Mühasibatlıq və vergi uçotu sahəsində həm konsaltinq, həm də klinika üzrə real iş təcrübəsinə malik mühasibəm. Konsaltinq-də çalışdığım dövrdə müxtəlif fəaliyyət sahələrində olan çoxsaylı müştərilərin mühasibat uçotunun aparılmasında iştirak etmiş, elektron qaimələrin hazırlanması və göndərilməsi, bank əməliyyatları, depozit ödənişləri, EMAS və e-bəyannamə sistemlərində sərbəst işləmə, mühasibat və kadr sənədləşmələrinin aparılması kimi vəzifələri icra etmişəm. Vergi (ƏDV, mənfəət, gəlir), DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və elektron qaydada təqdim olunması üzrə praktiki təcrübəm var.
Daha sonra Estetik Klinikasında mühasib kimi fəaliyyət göstərərək göstərilən tibbi xidmətlər üzrə gəlir və xərclərin uçotu, əməkhaqqı hesablaması, həkim və personal üzrə ödənişlərin aparılması, bank köçürmələri, e-qaimələrin tərtibi, 1C 8.3 proqramında əməliyyatların icrası və klinikanın maliyyə hesabatlarının hazırlanması ilə məşğul olmuşam.
Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində təcrübəçi olaraq rəsmi sənədlərin hazırlanmasında və qeydiyyatında iştirak etmiş, ofis işləri, müraciətlərin qəbulu, yönləndirilməsi və hesabatların hazırlanması prosesində dəstək vermişəm.
1C 8.3, Excel, Word, BTP, Clopos, EMAS və onlayn vergi sistemlərində sərbəst işləyirəm. Dəqiqlik, analitik düşüncə, məsuliyyət və nizam-intizam iş fəaliyyətimdə əsas prioritetlərdir. Yeni iş mühitinə tez uyğunlaşır, bütün mühasibatlıq proseslərini düzgün və vaxtında icra etməyə xüsusi önəm verirəm.
Bənzər elanlar
- eManat terminalında «Mağazalar şəbəkəsi və e-ticarət»
- MilliÖn terminalında «Elanlar və kuponlar»
- Kapital Bank terminalında «Digər ödənişlər»
- ExpressPay terminalında «Elanlar və kuponlar»
- Kassam terminalında «Digər»
- Keşpay terminalında «Elanlar və kuponlar»






























